“PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda tələbələr üçün ilin sonuncu – 90-cı təlimini başa çatdırıb.Şirkətdən Azərtac-a bildiriblər ki, təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələr iştirak edib. Tələbələrə həyat və qeyri-həyat sığortası, həyat sığortası bazarındakı mövcud məhsullar, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.Sonra tələbələrə “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.Təlimin sonunda “PAŞA Həyat” şirkətinin maarifləndirmə şöbəsinin müdiri Pərviz Quliyev indiyədək keçirilən təlimlərlə bağlı statistik məlumatları açıqlayıb. Bildirib ki, “PAŞA Həyat”ın tələbələr üçün təşkil etdiyi “Sığorta və sığorta mədəniyyəti” adlı maarifləndirmə layihəsinə 2013-cü ilin iyul ayından başlanılıb və indiyədək bu təlimdən müxtəlif universitetlərin 2 min 115 tələbəsi yararlanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…