“PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti – 100-cü təlimini təşkil edib.Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a bildiriblər ki, müxtəlif universitetlərdən 40-a yaxın tələbənin iştirak etdiyi təlimdə təlimçi Pərviz Quliyev tərəfindən tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar verib. Təlim zamanı tələbələrə həyat sığortası ilə bağlı müvafiq suallar verilib. Düzgün cavab verən tələbələr “PAŞA Həyat”ın xüsusi hədiyyələri ilə mükafatlandırılıb.Təlimin sonunda şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev “Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilən təlimin ölkənin sığorta bazarında ən uzunmüddətli təlim layihəsi kimi qeyd edib: “Sözügedən təlimə 2013-cü ilin iyul ayından start verilib. Artıq 4 ildir ki bu təlim davam edir. İndiyədək 2500-ə yaxın tələbə bizim təlimlərdən yararlanıb. Danılmazdır ki, “Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilən təlim Azərbaycan sığorta bazarında ən uzunmüddətli təlim layihəsidir. Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin, sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda, cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…