Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 98 995 nəfər artaraq 1 iyul tarixinə 3 279 149 nəfərə çatıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Apa-Economics”ə verilən məlumata görə, sığortaolunanlardan 30 yaşa qədər olanlar 684 140 nəfər (20,8 faiz), 30-40 yaşlarında olanlar 826 243 nəfər (25,2 faiz), 40-50 yaşlarında olanlar 659 202 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 692 240 nəfər (21,1 faiz) təşkil edir. Digərləri isə 60 yaşdan yuxarı olan şəxslərdir. Sistemdə fərdi şəxsi hesabı olanların 1 946 089 nəfəri (59,3 faiz) kişilərdən, digərləri qadınlardan ibarətdir. Fərdi uçot sistemi Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olmaqla, əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların gələcək pensiya təminatı məqsədilə onların fərdi hesablarına pensiya kapitalının toplanması təmin olunur. Sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalına mütəmadi nəzarət edə bilmələri üçün nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…