“Silk Way West Airlines” şirkəti Bakı və ABŞ-ın ən böyük nəqliyyat qovşağı – Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa yük hava əlaqəsi açıb. “Silk Way West Airlines” şirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan O’Hare Beynəlxalq Hava Limanına ilk reys sentyabrın 18-də yerinə yetirilib. Cari ilin oktyabr ayından başlayaraq “Silk Way West Airlines” şirkətinin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri “Boeing 747-8F Freighter” təyyarəsi ilə yerinə yetiriləcək. Beləliklə, aviaşirkət Amerika Birləşmiş Ştatlarının yük daşımaları bazarında iştirakını daha da genişləndirəcək. Qeyd edək ki, 2016-cı il aprelin 6-da Azərbaycan və ABŞ hökumətləri iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən “Open Skies” hava nəqliyyatı haqqında Saziş imzalayıb. “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına – Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…