Serbiyada “Silver Lake 2021” beynəlxalq şahmat festivalı başa çatıb.Azərtac xəbər verir ki, festivalda Azərbaycanı altı şahmatçı təmsil edib. Onlardan üçü A qrupunda, üçü isə B qrupunda mübarizə aparıb.A qrupunda mübarizə aparan şahmatçılar arasında yalnız qrossmeysterimiz Ülvi Sadıqovun çıxışını qənaətbəxş qiymətləndirmək olar. Ü.Sadıqov kifayət qədər güclü şahmatçıların çıxış etdiyi turniri beşinci pillədə bitirib. Festivalın əsas yarışında mübarizə aparan digər şahmatçılarımız Pərviz Qasımov 40-cı, Toğrul Həsənzadə isə 76-cı olublar.B qrupunda mübarizə aparan şahmatçılarımız isə daha uğurlu çıxış ediblər. Belə ki, gənc şahmatçımız Sadiq Qarayev yarışı 4-cü, Nəsrin Babayeva 18-ci, Nazlı Hümbətova isə 31-ci pillədə başa vurublar.Qaliblərə gəlincə, festival Hindistan və Serbiya şahmatçılarının triumfu ilə nəticələnib. A qrupunda ilk üçlükdə hindistanlı şahmatçılar Nihal Sarin, Raunak Sadxavani və Abximanyu Puranik yer alıblar.B qrupunda da bütün mükafatçılar eyni ölkədən olublar. Serbiyalı Aleksa Alimpiç turnirin qalibi, onun həmyerliləri Aleksandr Arandjeloviç və Miodraq Yevtiç isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…