İran Prezidenti Həsən Ruhaninin Hindistana səfəri çərçivəsində tranzit daşımalar əsas müzakirə mövzularından biri olacaq.Azərtac xəbər verir ki, bunu Prezident Həsən Ruhani Hindistana səfəri öncəsi jurnalistlərə verdiyi açıqlamada deyib. Onun sözlərinə görə Hindistan İran vasitəsilə dünya bazarlarına çıxış əldə etmək niyyətindədir.Xatırladaq ki, Hindistan İranın Çabahar limanının yenidən qurularaq təkmilləşdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. Bu liman “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Hindistanın Mumbai limanından yüklər gəmilərlə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Avropaya daşınacaq.Eyni zamanda Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan və Mərkəzi Asiya ölkələri ilə də ticarət əlaqəsi yaradacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…