İspaniyanın “Atletiko” klubu Şimali Amerika Baş Futbol Liqasının (MLS) ulduzlarından ibarət komandanı yoldaşlıq matçında məğlub edib. Görüş Orlandoda (ABŞ) keçirilib.Azərtac xəbər verir ki, matç 3:0 hesabı ilə başa çatıb. Qalib komanda tərəfindən qolları Markos Lyorente (42-cü dəqiqə), Joau Feliş (85-ci dəqiqə) və Diyeqo Kosta (90+3) vurublar.MLS yığmasının heyətində Avropada çıxışları ilə məşhur olan meksikalı Kristian Vela və Conatan dos Santos, isveç Zlatan İbrahimoviç, ingilis Ueyn Runi, portuqal Nani və alman Bastian Şvaynştayger oynayıblar.MLS ulduzlarının Avropa komandalarına qarşı nümunəvi matçları 2005-ci ildən keçirilir. Birinci rəqib İngiltərənin “Fulhem” klubu olub. Onda Şimali Amerika Liqası 4:1 hesabı ilə qalib gəlmişdi. Avropa klubları MLS ulduzlarından ibarət komanda ilə qələbələrin sayı üzrə hesabı bərabərləşdiriblər. İndi onların hər biri 7 qələbə qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…