Ölkə ərazisində noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 12-14° isti, Bakıda gecə 8-10°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 21-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-5° olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlarda 6° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti olacağı ehtimalı var .Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 12-17° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-11°, gündüz 13-16° isti, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı ehtimal edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…