Sinqapurlu mütəxəssislər dünyanı təəccübləndirməyi qərara alıblar

3 İyul 2016 14:09

Xəbər 1404 dəfə oxunub

Sinqapurlu mütəxəssislər dünyanı öz yeni ixtiraları ilə təəccübləndirməyi qərara alıblar. Belə ki, onlar insanı eyni vaxtda bir neçə ciddi xəstəlikdən müalicə edən həb hazırlamağa çox yaxındırlar. “nauka.com” saytı xəbər verir ki, mütəxəssislər artıq 3D printeri və polimerlər simbiozuna əsaslanan möcüzəli preparatın bir addımlığındadırlar. Onlar bildirirlər ki, həkim çox tezliklə iş yerini tərk etmədən dərman hazırlaya biləcək. Başqa sözlə, hazırda aktiv istehsalda olan həb bu və ya digər xəstəlik üçün zəruri olan komponentlərlə zənginləşdiriləcək. Preparat özü dəyişməyəcək, ona əlavələr ediləcək və həmin həb xəstələri müalicə edəcək. Lakin çoxdan gözlənilən yeni nəsil həbin nə dərəcədə təsirli olacağı hələ ki məlum deyil. Preparatın rəsmi buraxılışı haqqında heç bir məlumat yoxdur. Alimlər yalnız onu bildirirlər ki, hazırda danışıqlar və müxtəlif tədqiqatlar tam qaydası ilə aparılır və gündən-günə daha çox Sinqapur mütəxəssislərini cəlb edir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05