Sinqapurun Çanqi aeroportu turistlərə pasportsuz səyahət imkanı təqdim edəcək

22 Sentyabr 2023 15:10

Xəbər 222 dəfə oxunub

Dünyanın ən yüklənmiş hava limanlarından biri – Sinqapurun Çanqi aeroportu turistlərə pasportsuz səyahət imkanı təqdim edəcək.

“USA Today” qəzeti xəbər verir ki, bu yaxınlarda Sinqapurda 2024-cü ilin ilk yarısında sərnişinlərə pasportsuz səyahət imkanı verən yeni qanun qəbul olunub. Çanqi hava limanında pasport əvəzinə Sinqapurdan uçan sərnişinlərin üzlərini tanıya biləcək biometrik texnologiyalardan istifadə ediləcək.

Çanqi aeroportu təkcə avqust ayında 5,15 milyon sərnişinə xidmət göstərib. Yeni terminalın inşası ilə əlaqədar turistlərin sayının artmağa davam edərək pandemiyadan öncəki səviyyəyə çatacağı gözlənilir. Sinqapurun immiqrasiya sistemi ölkənin təhlükəsizliyini təmin etmək şərti ilə gömrük nəzarətini tez bir zamanda həyata keçirərək artan turist axınının öhdəsindən layiqincə gəlməlidir.

Artıq Çanqi aeroportunun bəzi nəzarət-buraxılış məntəqələrində üztanıma sistemlərdən istifadə olunur. Biometrik texnologiyalar ABŞ-ın bir sıra aviakompaniyalarında və aeroportlarında da tətbiq edilir. Eyni zamanda, bu il Dubay aeroportlarının turistlərə pasportsuz səyahət imkanı yaratması gözlənilir.xeber100.com

 

Ankara 13 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub

Qurtuluş Savaşının mərkəzi olan Ankara 1923-cü il oktyabrın 13-də Anadolu düşmən işğalından azad edildikdən sonra gənc Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub. Birinci Dünya müharibəsinin sonunda Türkiyə işğal edildikdən sonra Qazi Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək Qurtuluş Savaşını başladır. Ankaranın savaşdakı əhəmiyyəti onun Geyve Boğazı, Kütahya və Afyon kimi düşmən işğalı altında olan mövqelərlə dəmir yolu əlaqəsi və kifayət qədər döyüş imkanlarına malik olmasından irəli gəlirdi. Müharibənin uğurunu təmin etmək üçün nizami orduların yaradılması qərarı da məhz Ankarada qəbul edilmişdi. Bu ordular İnönü, Sakarya və Dumlupınarda düşməni məğlub etdi. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da qazanılan zəfərlə başa çatdı. Bunun ardından 1923-cü il oktyabrın 9-da Türkiyənin xarici işlər naziri İsmət Paşa “Türk dövlətinin inzibati mərkəzi Ankara şəhəridir” ifadəsinin yer aldığı qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsi həmin il oktyabrın 13-də Parlamentin Ümumi Məclisində səs çoxluğu ilə qəbul olunur. Ankara paytaxt elan olduqdan sonra şəhərdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılır. Xarici mütəxəssislər dəvət edilərək şəhərin gələcək planı hazırlanır. Yenidənqurma işlərində təhsil və mədəniyyət müəssisələrinə üstünlük verilir. Bu gün Türkiyənin paytaxtı elan edilməsinin 100-cü ili qeyd olunan Ankara dünyanın ən qabaqcıl və müasir şəhərlərindən biridir.

Oktyabr 13, 2023 15:06

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59