Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb.Azərtac xəbər verir ki, lisenziyalı idman ticarətində dünya lideri olan “Fanatics” şirkəti 2018-ci ildən etibarən Qran-Pri həftəsonlarında və onlayn şəkildə yarışın eksklüziv ticarət tərəfdaşı olacaq.Bu əməkdaşlığa imza atmaqla Formula 1 istehlak mallarının artımı istiqamətində böyük addım atmaq niyyətindədir. Şirkətin məqsədlərindən biri də Qran-Pri zamanı, onlayn, eləcə də telefon vasitəsilə alış-veriş edən yarış azarkeşləri üçün fərqli satış kanalları yaratmaqdır.“Fanatics” şirkəti ticarətin həcmini artıraraq, Formula 1, həmçinin Formula 1 üzrə dünya çempionatında iştirak edən komandaların premium məhsullarının və hər Qran-Pri üçün xarakterik olan əşyaların satışını həyata keçirəcək.Formula 1-in kommersiya şöbəsinin icraçı direktoru Şon Breçes əməkdaşlıqla bağlı deyib: “Bütün Qran-prilərdə apardığımız araşdırmalardan məlum oldu ki, azarkeşlər daha səmərəli alış-veriş etmək istəyirlər. İnanırıq ki, bu əməkdaşlıq Qran-Pri zamanı azarkeşlərin növbəsiz şəkildə daha çox çeşidli və keyfiyyətli alış-veriş etmələrinə şərait yaradacaq. Əməkdaşlığın əsas müsbət nəticəsi isə istər Formula 1 brendi altında, istərsə də komandaların təklif etdiyi məhsulların satışında olacaq artımdır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…