“Sivasspor” klubu Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə qatıb

30 Yanvar 2023 14:26

Xəbər 349 dəfə oxunub

Türkiyənin “Sivasspor” klubu Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə qatıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. İyirmi beş yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan mövsümün sonunadək icarəyə götürülüb. Kaysedo Meksika təmsilçisində 16 oyuna 1 qol vurub. Daha əvvəl “Universidad Katolika”, “El Nasional” və “Vitoriya” kimi klublarda da forma geyinmiş futbolçu Ekvador millisində 10 oyun keçirib, 2 qola imza atıb.xeber100.com