“Sky News Arabia” telekanalının məlumatı…

24 İyul 2016 16:53

Xəbər 1288 dəfə oxunub

Barak Obama Rakka əməliyyatı üçün 3 min xüsusi təyinatlının ayrılması barədə qərar verib. İŞİD terror təşkilatı ilə mübarizə üzrə ABŞ prezidentinin xüsusi nümayəndəsi Bret Makqurk Rusiyanın bu terror təşkilatı ilə mübarizə üçün yaradılmış beynəlxalq koalisiyaya daxil olmasını istisna edib. “Sky News Arabia” telekanalının verdiyi məlumata görə, Barak Obamanın təmsilçisi deyib ki, Vaşinqton Suriya hakimiyyətinə maddi və hərbi dəstək verən Moskvaya etibar etmir. B. Makqurk bildirib ki, ABŞ və Rusiya arasında “Əl-Nusra” terror təşkilatına qarşı zərbələrin endirilməsi sahəsində koordinasiya var: “Digər tərəfdən, Rusiya Suriyada atəşkəs üzrə razılaşmanın yerinə yetirilməsinə məsuliyyət daşıyır. Rusiya bu istiqamətdə atəşkəs rejimini daima pozan Suriya hökumətinə təzyiq göstərməlidir”. B. Makqurk ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-ə qarşı mübarizədə yerli sakinlərdən təşkil olunmuş hərbi bölüklərdən maksimum istifadə etmək niyyətində olduğunu bəyan edib. Koalisiyanın strategiyası İŞİD-in maliyyə mənbələrini aradan qaldırmaq, ideoloji təbliğat mərkəzlərini məhv etməkdir: “Hazırda əvvəllər İŞİD-in nəzarət etdiyi ərazilərin 60 faizi azad edilib. İŞİD-in nəqliyyat koridoru sayılan Munbic şəhəri azad edildikdən sonra terrorçuların qalası sayılan Rakka növbəti hədəf olacaq. ABŞ prezidenti Barak Obama Suriyanın Rakka şəhərində əməliyyat keçirilməsi üçün 3 min döyüşçünün olduğu xüsusi təyinatlı birləşmənin ayrılması barədə qərar verib”. xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42