Sloveniya hökumətinin telefonla keçirilən iclası zamanı ölkədə COVID-19 epidemiyasının sona çatdığı elan edilib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Nazirlər Kabineti buna əsas olaraq infeksiyanın yayılma göstəricilərinin aşağı düşdüyünü göstərib.Sloveniya İctimai Sağlamlıq İnstitutunun son məlumatına görə, pandemiyanın əvvəlindən bəri 66 mindən çox test aparılıb, ümumilikdə 1465 yoluxma halı aşkarlanıb, 103 nəfər həyatını itirib. Son günlər ərzində cəmi bir nəfərdə koronavirus diaqnozu təsdiqlənib.Hökumət Avstriya, İtaliya və Macarıstanla sərhədlərin açılmasının mümkünlüyü, habelə müdafiə tədbirlərinə əməl olunması şərti ilə aeroportların işinin bərpa edilməsi barədə qərar qəbul edib. Mayın 18-dən ölkədə bütün ticarət obyektlərinin, kafe və restoranların, otellərin açılması planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…