Sloveniya millisinin baş məşqçisi müəyyənləşib

5 Dekabr 2017 11:44

Xəbər 727 dəfə oxunub

Tomaj Kavçiç futbol üzrə Sloveniya millisinin baş məşqçisi təyin olunub.Sloveniya Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, 64 yaşlı mütəxəssis baş məşqçi postunda Sreçko Katanetsi əvəzləyib. Federasiya Sloveniya millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün cari ilin oktyabrında S.Katanets ilə yollarını ayırıb.T.Kavçiç vəzifəsinə 2018-ci il yanvarın 1-dən başlayacaq. Mütəxəssislə “Avro-2020”nin təsnifat mərhələsinin sonunadək müqavilə imzalanıb.T.Kavçiç 2008-ci ildən 2014-cü ilədək gənclərdən ibarət Sloveniya millisinin baş məşqçisi olub. 2016-cı ildən mütəxəssis Sreçko Katanetsin rəhbərlik etdiyi məşqçilər korpusuna daxil edilib və onun assistenti olub.xeber100.com