Sloveniya Avropa İttifaqında ilk dövlət olaraq içməli sudan istifadə hüququnu konstitusiya ranqına qaldıraraq təməl hüquqlar sırasına daxil edib. Ölkə parlamentinin deputatları konstitusiyaya əlavə fəslin daxil edilməsinə dair qərarı yekdilliklə dəstəkləyiblər. Həmin fəsildə “hər bir şəxsin içməli sudan istifadə hüququ” olduğu göstərilib və içməli suyun “əmtəə olmadığı” qeyd edilib. Əhalinin içməli su ilə təchizatı dövlət tərəfindən bələdiyyələr vasitəsilə həyata keçirilməli və bu, “birbaşa və qeyri-kommersiya” formasında olmalıdır.Bununla da içməli su mənbələri və içməli su ilə təchizatın özəlləşdirilməsinə dair ölkədə uzun müddətdən bəri aparılan müzakirələrə son qoyulub. Müxtəlif cəmiyyətlər tərəfindən özəlləşdirməyə qarşı qaldırılan təşəbbüsə Baş nazir Miro Tserarın rəhbərlik etdiyi mərkəz-solçu hökumət də qoşulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…