Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA-nın özəlləşdirilməsi üzrə SOCAR və İtaliyanın “Snam” qaz şirkəti ilə davam etdirilən danışıqlar nəticəsiz qalıb.Azərtac xəbər verir ki, bu barədə Yunanıstanın Məhsuldar İstehsal, Ətraf Mühit və Enerji Nazirliyi məlumat yayıb.Bildirilir ki, son aylarda SOCAR və “Snam” şirkəti ilə DESFA-nın 66 faizlik səhmlərinin özəlləşdirilməsi üçün danışıqlar aparılıb. Açıqlamada namizəd şirkətlərin DESFA-nın dəyərinin azaldılmasına yönəlmiş təkliflərinin qanun çərçivəsində mümkün olmadığı qeyd edilib.Bundan başqa, hökumətin dövlət müəssisəsinin dəyərini yüksəltmək üçün təqdim etdiyi təkliflərin də qəbul olunmamasından sonra danışıqların dayandırıldığı bildirilib.Yunan hökumətinin DESFA üçün qarşıdakı həftələrdə yenidən tender elan olunması gözlənilir.Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlmişdi. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlamışdı. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlamışdılar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…