Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə əməliyyatların həcmi 120 milyon dolları keçib.“SOCAR Capital” şirkətindən Azərtac-a bildirilib ki, istiqrazlara böyük maraq və alqı-satqıların yüksək olması nəticəsində dekabrın ilk günlərində SOCAR istiqrazları ilə əməliyyatların həcmi növbəti tarixi həddə çatıb.Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliyi və etibarlılığına görə, SOCAR istiqrazları investorların böyük marağına səbəb olub. Nəticədə artıq avqust ayında, yəni buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi 100 milyon dolları ötərək istiqraz buraxılışının həcmini üstələyib. Qısa müddətdən sonra isə bu rəqəm 120 milyon dollara çatıb. Bu Azərbaycanın fond bazarında ilk belə haldır.SOCAR istiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür. SOCAR istiqrazları üzrə öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirib. İndiyədək SOCAR istiqrazları üzrə 4 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 5 milyon dollar qazanıblar. Növbəti faizlər yanvarın 17-də ödəniləcək.Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliyi 5 faiz və ya hər istiqraza görə 50 dollar təşkil edir. Bu, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.SOCAR istiqrazlarına olan tələbat indi də yüksəkdir və bu təkrar bazarda istiqrazların qiymətinin də artmasına səbəb olub. Nəticədə qısa zamanda istiqrazların qiyməti 1020 dolları keçib.İstiqrazların marketmeykeri olan “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, hazırda birjada SOCAR istiqrazlarının alış qiyməti 1006-1007 dollar, satış qiyməti isə 1020-1026 dollar arasında dəyişir.Xatırladaq ki, hazırda SOCAR istiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1020 dollardan aşağı satmaq istəmirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…