SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün 2 üzən yanacaqdoldurma məntəqəsini (YDM) işə salıb.“SOCAR Energy Ukraine”dən Azərtac-a verilən məlumata görə, YDM-lərin biri Kiyevdə Muromets parkının ərazisində, digəri isə Odessada Sovinyon yaxt-klubunun ərazisində yerləşir. SOCAR-ın üzən YDM-lərində digər yanacaqdoldurma məntəqələrində təklif olunan yanacaq növləri satılır.Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 300 milyon dollaradək sərmayə yatırılıb. Şirkətin Ukrayna ərazisində 60-dan çox YDM-i var. Ukraynada “SOCAR Energy Ukraine” şirkətinə məxsus 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…