“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ASAN Radio ilə birgə sürücülər üçün yeni kampaniyaya başlayıb.QSC-dən Azərtac-a bildirilib ki, “SOCAR PETROLEUM” hər il olduğu kimi, bu il də müştəriləri üçün yeni kampaniyaya başlayır. Bir il müddətinə davam edəcək kampaniyanın məqsədi QSC-nin öz müştərilərinə dəyər verməsidir. Bu gün müştərilərin seçimlərinin geniş olduğu mühitdə keyfiyyətli xidmət təklif edən, standartların bütün tələblərinə cavab verən yanacağın satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinə üstünlük verirlər.Həftə içi üç gün hər dəfə günün fərqli saatlarında ASAN Radionun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Bakı şəhərində 5 saylı “ASAN xidmət”, Sumqayıt şəhərində 1 saylı “ASAN xidmət” mərkəzi vardır. Hər müsabiqədə radionun aparıcısı tərəfindən elan olunan “ASAN xidmət”ə birinci yaxınlaşan sürücü qalib hesab olunur və 30 manat dəyərində kuponu əldə edir. Kuponu əldə edən qalib “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yanacaqdoldurma məntəqələrinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə edə biləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…