Avropanın maliyyə qurumu olan Fransanın “Societe Generale” bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.Azərtac xəbər verir ki, “Brent” və “Layt” markalı xam neftin 2017-ci və 2018-ci illər üzrə qiymət proqnozunu dəyişib. Belə ki, “Societe Generale” “Brent” neftinin bu ilin üçüncü rübü üzrə qiymət proqnozunu 2,50 dollar aşağı salaraq 57,50 dollar/barrel, dördüncü rüb üçün təxminini isə 60 dollar/barrel müəyyən edib.“Brent” nefti üçün bu il üzrə qiymət proqnozunu 2,45 dollar aşağı salaraq 56,45 dollar təyin edən “Societe Generale” 2018-ci il üzrə təxminini də 5 dollar/barrel azaldaraq 60 dollar/barrel edib.“Layt” nefti üçün bu ilin üçüncü rübü üzrə qiymət proqnozunu 3 dollar aşağı salaraq 55 dollar/barrelə endirən bank dördüncü rüb üzrə proqnozunu da 3 dollar aşağı salaraq 57,50 dollar/barrel təyin edib.“Societe Generale” “Layt” nefti üçün bu il üzrə qiymət proqnozunu 2,90 dollar azaldaraq 53,80 dollar/barrel, 2018-ci il üzrə proqnozunu isə 5 dollar aşağı salaraq 57,50 dollar/barrel müəyyən edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…