TRT kanalının məlumatına görə…

7 Sentyabr 2016 14:56

Xəbər 643 dəfə oxunub

Türkiyənin milli istehsalı olan və həssas idarəolunan SOM raketi terrorla mübarizədə istifadəyə hazırdır. Türkiyənin TRT kanalı xəbər verir ki, SOM qardaş ölkənin istehsal etdiyi yüksək standartlara uyğun olan silahlardan biridir. SOM raketi 500 kilometr məsafədə yerləşən, güclü mühafizə olunan quru və dəniz hədəflərini son dərəcə dəqiqliklə vura bilir. Raketin ən əsas xüsusiyyəti çətin iqlim şəraitində dözümlü, yüksək partlayıcı təsiri malik olmasıdır. Bu silahın bütün komponentləri Türkiyədə istehsal olunur. SOM raketi naviqasiya, qlobal yerləşdirmə sistemləri və görüntüləmədə infraqırmızı axtarış başlığına sahibdir. Qırıcı təyyarələrdən ayrılandan sonra qanadları açılaraq hərəkət edən raketin mühərriki bir qədər sonra çalışmağa başlayır və naviqasiya sistemi əsasında hədəfə doğru istiqamət götürür. GPS siqnalı kəsildikdə, yaxud qarışdırıldıqda belə əvvəldən qəbul edilən məlumatlar sayəsində düzgün istiqamətdə hərəkət edir və hədəfə dəqiqliklə yaxınlaşır. Beləliklə uzun məsafədəki hədəfləri hava şəraitindən asılı olmayaraq, asanlıqla və dəqiq vura bilir. Raketin xarici görünüşü onun qarşı tərəfin hava müdafiə sistemlərinin radarlarından gizlənməsinə imkan verir. Hazırda SOM-u daha da inkişaf etdirmək və atəş məsafəsini 500 kilometrdən 2500 kilometrədək artırmaq üçün iş aparılır.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42