Bu il son zəng iyunun 14-də çalınacaq. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə, son zəng də həmin gün çalınacaq. Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub. Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb, birinci yarım il sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.
Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:
Payız tətili – 16 noyabr 20 noyabr
Qış tətili – 27 yanvar 31 yanvar
Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdiriləcək. Bu tətil mayın 1-dən 5-nə kimi olacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…