Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsinin əsas hədəflərindən biri də nazirliyin sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “sosial işçi” modeli əsasında təkmilləşdirilməsidir. Bu məqsədlə layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərin sosial xidmətlər sahəsini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, “Sosial xidmətin inkişafı” tvinninq layihəsi çərçivəsində və Avstriyanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq müstəvisində sosial xidmətlər sisteminin mütərəqqi dünya praktikasına uyğunlaşdırılması üçün müvafiq işlər görülür: “Hazırda Nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri tərəfindən yalnız tənha ahıl və əlil şəxslərə səyyar formada xidmətlər göstərilir. Lakin qarşıda duran məqsəd əhalinin digər həssas kateqoriyalarının ilkin sosial xidmətlərə əlçatanlığının da təmin edilməsidir. Ona görə də ölkəmizdə beynəlxalq və mütərəqqi standartlara uyğun yeni “sosial işçi” modelinin tətbiqi işləri aparılır”. S.Müslümov bildirib ki, bu modeldə həm sosial işin əhatə etdiyi şəxslərin kateqoriyaları, həm də bu işin funksional miqyası xeyli genişlənir: “Belə ki, sosial işin əhatə dairəsinə sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və b. daxildir. “Sosial işçi” modeli həmin insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığının təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini və s. nəzərdə tutur”. Nazir bu modelin tətbiqi üçün ilkin olaraq 4 pilot ərazinin (Bakı şəhərinin Xəzər rayonu, Gəncə şəhəri, Lənkəran və Xaçmaz rayonları) seçildiyini qeyd edib: “Bununla əlaqədar, həmin ərazilərdə çalışan əməkdaşlara qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılması məqsədlə “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsi çərçivəsində cari ilin aprel-iyun aylarında silsilə təlimlər təşkil olunub. Bu təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri cəlb olunub. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib. Artıq başa çatan həmin təlimlər hesab edirəm ki, iştirakçıların müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmələrində əhəmiyyətli rol oynayıb”. S.Müslümov bu istiqamətdə aparılan işlərin respublikanın bütün bölgələri üzrə sosial xidmət işçilərini əhatə edəcəyini də diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ötən dövrdə müvafiq iş sahələrində əldə olunan əməkdaşlıq təcrübəsinin hazırda sosial xidmətlər sahəsində də uğurla davam etməsindən məmnunluğunu bildirib. O, “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsinin ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilməsinə fəal dəstək verəcəyinə əminliyini bildirib. M.Mard yekunlaşan təlimlərin bu sahədə insan resurslarının inkişafına, sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəldiyini diqqətə çatdırıb. Daha sonra təlimlərin iştirakçılarına sertifikatlar təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…