Sosial layihəyə start verilib

3 Oktyabr 2016 15:06

Xəbər 839 dəfə oxunub

“Active Mom’s Club” ictimai təşkilatı “Ana südü ilə qidalanma” adlı sosial layihə həyata keçirir. Təşkilatdan Azərtac-a bildirilib ki, layihənin əsas məqsədi ana südü ilə qidalanmanın təkcə körpələr üçün deyil, həm də analar üçün faydalarını ictimaiyyətin diqqətinə çatdırmaqdır. Təbiətdə məhz körpə üçün ana südündən daha yaxşı qida mövcud deyil, eyni zamanda, ana südü ilə qidalanma zamanı ana ilə körpə arasındakı əlaqə körpənin ruhi inkişafı üçün çox vacibdir. Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri yeni doğulan körpələrin 6 ayına kimi, daha sonra isə əlavə qidalar verməklə 2 il ana südü ilə qidalanmasını məsləhət görürlər. Ancaq DST-nin statistikasına əsasən, dünyada orta hesabla yalnız 38 faiz uşaq 6 aya qədər ana südü ilə qidalanır. Bu problem Azərbaycanda da olduqca aktualdır və ictimaiyyətə, xüsusilə də gənc valideynlərə bu barədə məlumatların çatdırılmasının yeni üsullarına ehtiyac duyulur. Active Mom`s Club”, həmçinin “Facebook” sosial şəbəkəsində özündə 3 min qadın üzvü birləşdirən qapalı qrup yaradıb.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05