Azərbaycan Universitetində yeni sosial xidmət mərkəzinin – telefon məlumat xidmətinin yaradılması layihəsinin təqdimatı keçirilib. Telefon-məlumat xidmətinin universitetin sosial iş fakültəsinin nəzdində yaradılması nəzərdə tutulur. Universitetdən Azərtac-a bildiriblər ki, layihənin məqsədi həssas təbəqədən olan insanların ehtiyaclarını müəyyənləşdirərək onları sosial xidmətlər barədə məlumatlandırmaq və müvafiq xidmətlərə yönəltməkdir. Sosial iş fakültəsinin dekanı Aygün Musayeva layihə barədə məlumat verib. Qeyd edilib ki, ölkədə sosial xidmətlər üzrə vahid məlumat bazasının olmaması, xidmətlərin pərakəndə təqdim edilməsi və bu sahədə əlaqələndirmənin zəif olması yeni sosial xidmət mərkəzinin – telefon məlumat xidmətinin yaradılmasını gündəmə gətirib. Yaradılacaq sosial xidmət mərkəzinə həssas təbəqədən olan şəxslər tərəfindən gələn zənglər xüsusi təlimləndirilmiş sosial iş fakültəsinin tələbələri tərəfindən cavablandırılacaq. Tələbələr, həmçinin bu əhali qrupu ilə telefonla ünsiyyət qaydalarını da öyrənəcəklər. Zənglərin konfidensiallığı qorunacaq və tələbələrin fəaliyyətinə fakültənin müəllim heyəti tərəfindən nəzarət ediləcək. İştirakçılara layihənin mərhələləri və gözlənilən nəticələri barədə məlumat verilib. Tədbirdə sosial xidmət göstərən dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə yanaşı “Azərbaycanda sosial xidmət təminatının inkişafı” Tvinninq layihəsinin xarici ekspertləri də iştirak edib. Sonra “Sosial xidmət təminatının keyfiyyət standartı” işçi sənədinin ilkin müzakirəsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…