“Sovetski”nin söküntü aparılan ərazisində köçürülməmiş 700-ə yaxın mənzil qalıb. Bunu Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə isə köçürülməsi nəzərdə tutulan ərazidə yeni yolların və kommunikasiya xətlərinin çəkilişi nəzərdə tutulur. Lakin bu layihənin yerinə yetirilməsi üçün hazırda köçürülmə işlərinin tam başa çatdırılmaması müəyyən çətinliklər yaradır. “Belə ki, boşalmış ərazidə köçürülməmiş 700-ə yaxın mənzil var. Köçürülmənin başa çatdırılmamasına səbəb ev sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsidir. Bu isə nəzərdə tutulan layihənin gecikdirilməsi ilə yanaşı, ətrafda yaşayan sakinlərin öz mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xətlərindən istifadə və ərazinin sanitar təmizliyinin təmin edilməməsində problemlər yaradır”.
Köçürmə Komissiyasının sədrinin sözlərinə görə, 2014-cü ilin əvvəllərindən başlayaraq Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirləri davam etdirilir. Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…