“Spartak” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

17 Dekabr 2021 20:09

Xəbər 967 dəfə oxunub

Moskvanın “Spartak” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Klubun saytına istinadla xəbər verir ki, Ruy Vitoriyanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsi Paolo Vanoliyə həvalə olunub. Qırx doqquz yaşlı mütəxəssis son 4 ildə “İnter”, “Çelsi” və İtaliya A millisində Antonio Kontenin köməkçisi işləyib.Xatırladaq ki, “Spartak” bir neçə gün əvvəl portuqaliyalı Ruy Vitoriyanı istefaya göndərib. Moskva təmsilçisi Rusiya Premyer Liqasında cari mövsümün ilk hissəsini 23 xalla doqquzuncu pillədə başa vurub.xeber100.com