Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.Rusiyanın “Spartak Moskva” klubu C qrupunda İngiltərənin “Lester” komandasını qəbul edib. Moskvadakı “Spartak” stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 11-ci dəqiqəsində Aleksandr Sobolyov fərqlənib. Matçın 44-cü dəqiqəsində Cordan Larsson fərqi iki topa çatdırıb. Lakin “Lester” oyunda geridönüş etməyi bacarıb. Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. Qarşılaşmanın 86-cı dəqiqəsində Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran “Lester” 2-ci pilləyə yüksəlib. “Spartak” isə 3 xalla 3-cü sırada qərarlaşıb.Qeyd edək ki, qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” komandası başçılıq edir. Bir xalı olan İtaliya “Napoli”si isə sonuncudur. “Legiya” oktyabrın 21-də səfərdə “Napoli” komandası ilə görüşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…