Neft-qaz Sənayesi Mühəndislərinin Cəmiyyəti (SPE) Moskvada texniki konfranslar keçirəcək.Azərtac SPE-yə istinadla xəbər verir ki, “Layların neft verimliyinin artırılmasının üçüncü metodları” mövzusunda konfrans fevralın 20-21-də, “Modelləşdirmə: ən yaxşı təcrübələr və innovativ yanaşmalar” konfransı isə martın 20-21-də keçiriləcək.“Layların neft verimliyinin artırılmasının üçüncü metodları” konfransında iştirakçılara “dəyirmi masa” formatında öz təcrübəsini paylaşmaq, neft verimliyinin işlənilməsi və artırılması metodlarının tətbiqi sahəsində problemləri müzakirə etmək imkanı veriləcək.“Modelləşdirmə: ən yaxşı təcrübələr və innovativ yanaşmalar” konfransında geoloji-hidrodinamik, geomexanik və inteqrasiyalı modelləşdirmənin aktual istiqamətləri, modelləşdirmənin istehsalatda praktik qərarların qəbul edilməsinə təsiri; mücərrədliyin təhlili və modelləşdirmə vasitəsilə risklərin azaldılması; modelləşdirmənin perspektivləri və inkişaf istiqamətləri, sektorda innovasiyalar – yeni yanaşmalar və texnologiyalar kimi mövzular müzakirə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…