“Sportinq” futbol klubu bilet satmaqdan məhrum edilib

16 Sentyabr 2018 20:10

Xəbər 791 dəfə oxunub

Portuqaliyanın “Sportinq” klubu “Qarabağ”la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.Milli.az bildirir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi aprelin 12-də İspaniya “Atletiko”su ilə Avroliqanın 1/4 final oyunu zamanı “Joze Alvalade” stadionunun tribunalarındakı azarkeşlərin hakimlərə yad əşyalar atması göstərilib. UEFA-nın qərarına əsasən, “Qarabağ”la oyun zamanı stadionun Mərkəzi Qərb hissəsindəki A1 – A7 və B1 – B3 sektorlarına keçmək mümkün olmayacaq.Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.xeber100.com