Portuqaliyanın “Sportinq” futbol klubunun yeni baş məşqçisi bəlli oldu.Azərtac xəbər verir ki, Lissabon klubuna serbiyalı Sinişa Mixayloviç rəhbərlik edəcək. Qırx doqquz yaşlı məşqçi üçillik müqaviləyə imza atıb. Onun sonuncu klubu İtaliyanın “Torino” kollektivi olub. Mixayloviç hazırkı postda Jorje Jezuşu əvəzləyib. O, mövsüm başa çatandan sonra tutduğu vəzifədən istefaya göndərilmişdi.Xatırladaq ki, mayda klubda xoşagəlməz hadisə yaşanmışdı. Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri sayılan Bas Dost xəsarət almışdı.Qapıçı Rui Patrisio, Daniel Podense, Vilyam Karvalyo, Celson Martinş, Bruno Fernandeş və Bas Dost komanda ilə müqaviləni birtərəfli qaydada pozublar.Qapıçı Rui Patrisio klubun prezidenti Bruno Di Karvalyonun davranışlarından narazı qalmışdı. Təcrübəli qolkiperin “Vulverxempton”a transferi reallaşmaq üzrə olarkən Di Karvalyo əlavə ödəmə tələb etdiyindən danışıqlar pozulmuşdu. Portuqaliya klubunun prezidenti geridə qalan mövsümdə komanda üzvlərinin antipatiyasını qazanmışdı. O, “Sportinq”in Avroliqada mübarizəni dayandırmasında futbolçuları günahlandırmışdı. Əvəzində bir neçə oyunçu sosial şəbəkə vasitəsilə Di Karvalyonun açıqlamasını tənqid etmişdi. Apreldə baş verən bu hadisədən sonra klub prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırmaq barədə qərar vermişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…