Norveçin enerji nəhəngi “Statoil” şirkəti adını “Equinor” olaraq dəyişdirib.Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, şirkət təkcə neft şirkəti deyil və enerjinin bütün sahələrində çalışır.Şirkətin yeni adı ingilis dilinə “bərabər” sözü kimi tərcümə olunan “equal” Norveçin adının ilk 3 hərfindən “nor” sözlərinin birləşməsindən yaranıb.Şirkətin baş icraçı direktoru Eldar Saetre deyib: “Dəyişən dünya düzənində “Statoil”un da adı dəyişib. Beynəlxalq arenada təbii qaz, neft və bərpaolunan enerji sahələrində böyüməyə davam edəcəyik.“Equinor”un səhmlərinin 67 faizi Norveç hökumətinə məxsusdur. Qalan 33 faiz isə digər şirkətlər üçün və ya açıq şəkildə satılır.Qeyd edək ki, 25 ildir Azərbaycanda fəaliyyət göstərən “Statoil” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində 7,27 faiz, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihəsində isə 8,71 faiz paya sahibdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…