Stolüstü Tennis Federasiyasının məlumatı

18 İyul 2017 10:45

Xəbər 841 dəfə oxunub

Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan milli komandası Portuqaliyanın Qimaraes şəhərində keçirilən gənclərin Avropa çempionatında uğurla çıxış edib.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, komandamız yer aldığı qrupda İspaniya, Belarus və Macarıstan yığmalarına qalib gələrək qrupun birincisi kimi növbəti mərhələyə yüksəlib.Stolüstü tennisçilərimiz səkkizdəbir finala vəsiqə uğrunda görüşdə Norveç komandasını 3:0 hesabı ilə məğlub ediblər. Bu mərhələdə isə tennisçilərimiz Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.Çempionatda komanda yarışları davam edir.xeber100.com