Stolüstü Tennis Federasiyasının məlumatı

15 Avqust 2018 14:28

Xəbər 644 dəfə oxunub

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, avqustun 11-də başlayan və bir həftə davam edəcək təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.Təlim-məşq toplanışı yeniyetmələr arasında fiziki-taktiki hazırlığı artırmaq məqsədi daşıyır.xeber100.com