Stolüstü Tennis Federasiyasının məlumatına görə…

25 İyun 2019 16:23

Xəbər 797 dəfə oxunub

İyunun 25-də Çində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a verilən məlumata görə, beynəlxalq turnirdə qızlardan ibarət komandamızın üzvlərindən Arzu Aslanova, Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova, Mehriban Dadaşova iştirak edirlər. Oğlanların yarışında isə Adil Əhmədzadə, Hüseyn Eylazov, Emin Məmmədov, Kənan Pənahov mübarizə aparırlar.Turnir iyunun 27-dək davam edəcək.xeber100.com