Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

4 İyul 2017 10:33

Xəbər 1429 dəfə oxunub

İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.ASTF-dən Azərtac-a bildirilib ki, turnirin açılış mərasimində Federasiyanın vitse-prezidenti F.Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb.Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.Sonra yarışlara start verilib.Xatırladaq ki, Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq.xeber100.com