Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

24 Dekabr 2018 12:40

Xəbər 545 dəfə oxunub

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində “TOP-8” respublika turniri keçirilib.Azərtac xəbər verir ki, respublika turnirində seçmə mərhələdə qalib gələn 8 ən güclü stolüstü tennisçi mübarizə aparıb. Kişilərin yarışında yüksək nəticəni Emin Məmmədov qazanıb. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Xəyyam Həşimli və Sənan Əliyev layiq görülüblər. Qadınların mübarizəsində isə Məryəm İmanova birinci yeri tutub. Nəzakət Qarayeva və Billurə Eminova sonrakı iki pillədə qərarlaşıblar.Turnirin qalibləri federasiya tərəfindən mükafatlandırılıb.xeber100.com