Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə yarış keçirilib

21 Dekabr 2019 14:38

Xəbər 492 dəfə oxunub

“Şüa” İdman-Sağlamlıq Kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə autizmli uşaqlar arasında yarış keçirilib. Turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Autizm Assosiasiyası İctimai Birliyi tərəfindən icra olunan “İnklüziv idman tədbirlərinin təşkili vasitəsilə autizmli uşaqların tibbi-sosial reabilitasiyasına və sosiallaşmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.Federasiyadan Azərtac-a verilən məlumata görə, tədbirdə çıxış edən assosiasiyanın sədri Elnur Məmmədov deyib: “Hazırkı layihə autizmdən əziyyət çəkən uşaqların tibbi-sosial reabilitasiyası və sosiallaşması üçün milli səviyyədə inklüziv idman tədbirlərinin təşkilini həyata keçirir. Autizmdən əziyyət çəkən uşaqların inklüziv idman növlərinə cəlb olunması, stolüstü tennis və velosiped məşqlərində yaxşı nəticə göstərənlər arasında yarışların keçirilməsi və qaliblərin autizmli uşaqlar üçün xarici ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda iştirakı ilə bağlı dəstəyin göstərilməsi layihə çərçivəsində icra olunması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləridir”.xeber100.com