Stolüstü tennis turnirinə start verilib

11 Dekabr 2016 10:39

Xəbər 613 dəfə oxunub

Dekabrın 10-da İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turnirinə start verilib.Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) Azərtac-a bildiriblər ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda nazirliyin 40-dək əməkdaşı mübarizə aparır. Turnir şəxsi kateqoriyada beynəlxalq stolüstü tennis qaydaları əsasında keçirilir.Yarışın məqsədi nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin, o cümlədən stolüstü tennisin təbliğidir.Qaliblər İqtisadiyyat Nazirliyinin həmkarlar ittifaqı komitəsinin və ASTF-in diplom və mükafatları ilə təltif olunacaqlar.xeber100.com