Stolüstü tennis üzrə Avropa təsnifat turniri keçiriləcək

9 Fevral 2018 12:54

Xəbər 771 dəfə oxunub

Fevralın 12-13-də Çexiyanın Xodonin şəhərində stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.Azərtac xəbər verir ki, 33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı cari ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq.Qeyd edək ki, artıq 1 idmançımız Olimpiya Oyunlarına lisenziya əldə edib.xeber100.com