Stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir

29 Yanvar 2020 14:42

Xəbər 535 dəfə oxunub

“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, yanvarın 29-da respublika birinciliyinin şəxsi yarışları start götürüb. Yarışlarda 80-ə yaxın idmançı mübarizə aparır.Qeyd edək ki, ölkə çempionatında artıq komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadın komandaları arasında birinci yeri “Bakı–I”, kişilərin mübarizəsində “Bakı-II” kollektivinin stolüstü tennisçiləri tutublar.Ötən gün start götürən ölkə çempionatına yanvarın 31-də yekun vurulacaq.xeber100.com