Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub.BŞGİBİ-nin saytı xəbər verir ki, turnirdə 40 idmançı iştirak edib.Kişilər arasında keçirilən fərdi yarışlarda Rüstəm Hacılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Fatehi ikinci, Xəyal Həşimli üçüncü yeri tutublar.Qadınların fərdi yarışında isə Ləman Abdulhəmidova və Rüfət Əliyeva, müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Xədicə Əsilzadə isə üçüncü yerlə kifayətlənib.Kişilərin qoşa yarışlarında Xəyal Həşimli və Rüstəm Əliyev turnirin qalibi olublar. Rüfət Hacılı – Seymur Bağıyev dueti yarışı ikinci, Emin Məmmədov – Kənan Pənahov cütlüyü isə ilk üçlüyü tamamlayıblar.Qadınların qoşa yarışlarında Xədicə Əsilzadə və Şəbnəm Mansurova bütün rəqiblərindən üstün olublar. Səbinə Məmmədova – Jalə Quliyeva ikinci, Ülkər Quliyeva – Fatimə Şirəliyevadan ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar.Qoşa qarışıq yarışlarda Rüstəm Əliyev – Xədicə Əsilzadə cütlüyü qızıl medal qazanıb.Qaliblərə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomlar təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…