Şərur Olimpiya-İdman Kompleksində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Azərtac xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əməkdaşı Vüqar Məmmədov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov çıxış edərək yarışın keçirilmə qaydaları haqqında məlumat verib, idmançılara uğurlar arzulayıblar. Sonra yarışa start verilib. Naxçıvan, Babək, Şərur və Culfa komandalarının tərkibində sağlamlıq imkanları məhdud 15 uşağın iştirak etdiyi yarışda I yerə Şərur rayon komandasının üzvü Allahverən Səfərov, II yerə Şərur rayon komandasının Veysəl Zöhrablı, III yerə isə Culfa rayon komandasının üzvü Azər Səfərov layiq görülüblər. Qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən diplomlar, fərqlənən idmançılara isə fəxri fərmanlar təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…