Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin idman zalında Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilib.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) Azərtac-a bildiriblər ki, paytaxt məktəblərinin VI–IX sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə Nizami rayonu 238 nömrəli tam orta məktəbin komandası birinci olub.Nərimanov rayonunu təmsil edən İstək liseyinin komandası ikinci, Sabunçu rayonunu Kaspi liseyinin məktəbliləri isə üçüncü yeri tutublar.Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.Turnirdə ilk üç yeri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…