Stolüstü tennis üzrə yarımfinal oyunlarına start verilib

21 May 2017 11:50

Xəbər 723 dəfə oxunub

Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi və qadın komandaların yarımfinal oyunlarına start verilib.Azərtac xəbər verir ki, qadınların yarışında finala vəsiqə uğrunda Türkiyə-İran və Azərbaycan-Pakistan görüşləri keçiriləcək.Kişilərin mübarizəsində yarımfinalda Azərbaycan millisi Türkiyə yığması, Səudiyyə Ərəbistanı yığması isə İran millisi ilə üz-üzə gələcək.“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışlara mayın 22-də yekun vurulacaq.xeber100.com