Stolüstü tennis yarışlarına yekun vurulub

26 Aprel 2022 10:34

Xəbər 607 dəfə oxunub

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanlar və qızlar arasında stolüstü tennis yarışlarına yekun vurulub.Əqli və sağlamlıq imkanları məhdud əlil şəxslər arasında təşkil edilən yarışlarda 70-ə yaxın atlet iştirak edib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda 3 qızıl və 1 gümüş medal qazanan mərkəzi bölmə komandası ümumi hesabda birinci yeri tutub. İkinci yerdə Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin (3 qızıl, 1 bürünc), üçüncü pillədə isə Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin (2 qızıl, 1 gümüş, 1 bürünc) komandaları qərarlaşıblar.xeber100.com