Stolüstü tennisçilər arasında Avropa birinciliyi keçiriləcək

23 İyun 2022 15:18

Xəbər 365 dəfə oxunub

Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilər arasında Avropa birinciliyi keçiriləcək.15 yaşadək stolüstü tennisçilərin qitə yarışında Azərbaycanı məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə təmsil edəcəklər.Qitə birinciliyi iyulun 6-dan 15-dək davam edəcək.xeber100.com