Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turniri keçirilib. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN stolüstü tennis klubu”nda təşkil olunan yarışda 2014-cü il təvəllüdlü və daha az yaşlı idmançılar şəxsi xarakterli mübarizədə bacarıqlarını göstəriblər. Nəticələrə əsasən oğlanların yarışı Həzrət Kamilovun (Şabran) qələbəsi ilə başa çatıb, Yunis Babayev (Şabran) ikinci, Əliəkbər Mirzəliyevlə (Bakı) Saleh Hümbətov (Sumqayıt) üçüncü yeri tutub. Qızların turnirində mükafatlara Sumqayıt idmançıları layiq görülüblər. Mehri Aslanzadə qızıl, Alina Miradiyeva gümüş, Sofiya İlyasova ilə Fərəh Hidayətzadə bürünc medal qazanıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
Qeyd edək ki, turnir stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi ilə keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…