Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa birinciliyi davam edir.Yarışın ilk günündə Sloveniya kollektivi üzərində 3-1 hesabı ilə qələbə qazanan oğlanlardan ibarət Azərbaycan seçməsi bu gün Avstriya millisi ilə üz-üzə gəlib. Rəqibinə 1-3 hesabı ilə uduzan komandamız qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.İlk oyunda Yunanıstan seçməsinə uduzan (1-3), ardınca Monteneqro komandasına qalib gəlib gələn (3-0) qızlardan ibarət millimiz bu gün İsveç kollektivini də məğlub edərək (3-1) qrup ikincisi olub. Komandalarımız növbəti oyunlarını sabah keçirəcəklər.Qeyd edək ki, mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova və Zaur Mikayılov da Avropa birinciliyində ölkəmizi təmsil edirlər.Yarışa iyulun 16-da yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…